YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan özünün təcrübəsini bütün beynəlxalq ictimaiyyətlə bölüşməyə hazırdır

"Bakı Beynəlxalq Humanitar Forumu tanınmış dövlət və siyasi xadimlərin, dünya birliyinin mədəniyyət elitasının, elmin müxtəlif sahələri üzrə nobel mükafatı laureatlarının iştirak etdiyi, bütün dünya ictimaiyyətini narahat edən qlobal məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsinin aparıldığı mühüm platformadır". Bu fikri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən sərbəst debatlarda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova səsləndirib. O, Bakı Forumu haqqında geniş məlumat verərək, belə bir forumun məhz ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını bildirib. Çünki Azərbaycan zəngin çoxmədəniyyətlilik, multikulturalizm ənənələrinə malik bir dövlət kimi, bu gün özünün təcrübəsini bütün beynəlxalq ictimaiyyətlə bölüşməyə hazırdır. Azərbaycanda tarixən və bu gün bir çox millətlərin, dinlərin nümayəndələri sülh və sabitlik şəraitində yaşayıb, ölkəmizin inkişafına birgə səylərlə töfhələr verir. Sahibə Qafarova son illərdə Azərbaycan da daxil olmaqla bir çox digər ölkələrin davamlı inkişaf sayəsində nail olduqları tərəqqinin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Bakı Forumunun iştirakçıları tolerant və qarşılıqlı hörmət mühiti yaratmağa yönəlmiş belə forumların, konfransların və “dəyirmi masa”ların keçirilməsi ilə bağlı çağırışlar ediblər. Milli Məclisin deputatı Sahibə Qafarova V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyində bu kimi məsələlərin qoyulduğunu diqqətə çatdırıb və Forumun ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını bildirib. O, Azərbaycan hökumətinin təşəbbüsü və iştirakı ilə son on il ərzində multikulturalizm və mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Komitə sədri bildirib ki, qlobal təhdidlərin, terrorizmin, dini qarşıdurma meyllərinin artdığı, xüsusilə də birgəyaşayış üçün ciddi yanaşmaların tələb olunduğu bir zamanda milli, mədəni və əxlaqi dəyərlərimizi itirilməməli və milli fərqlər nifaqa səbəb olmamalıdır. Qarşılıqlı hörmət əsasında əməkdaşlıq edərək ümumi dəyərlərimizi müdafiə etməliyik. Beynəlxalq humanitar əməkdaşlıq müasir çağırışlara və təhdidlərə qarşı ən səmərəli cavabdır.