YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Referendum Azərbaycanın sosial-iqtisadi, dövlətçilik həyatında çox mühüm mərhələnin başlanğıcı deməkdir

Azərbaycan Konstitusiyasına edilən yeni dəyişikliklərin hamısı gələcəkdə həm əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, həm də vətəndaş-dövlət münasibətlərinin daha harmonik inkişafına gətirib çıxaracaq. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyevin sözlərinə görə, referendum Azərbaycanın sosial-iqtisadi, dövlətçilik həyatında çox mühüm mərhələnin başlanğıcı deməkdir: “Bundan sonra şübhəsiz ki, dövlətin idarəolunması sistemi möhkəmlənəcək. Vitse-prezidentlik institutunun yaradılması ilə Prezidentin verdiyi fərman və sərəncamların icrasına nəzarət və bu fəaliyyətlərdə iştirak imkanları genişlənəcək. Konstitutusiyada qəbul edilən vacib müddəalardan biri istifadəsiz torpaqlarla bağlıdır. Bu da müxtəlif məmur və vəzifə sahibləri olan insanlar tərəfindən əldə edilən və istifadə olunan min hektarlarla torpağın sosial məsuliyyəti ilə bağlıdır. Eyni zamanda, sahibkarların sosial məsuliyyət məsələsi də ortaya qoyulub. Onlar da cəmiyyətin həyatında daha aktiv iştirak edəcəklər və sosial məsuliyyəti dövlətlə yanaşı bölüşəcəklər”.