YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycanda təhsil sisteminin infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələsinə xüsusi yer verilib

“Dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etməsi beynəlxalq səviyyəli ekspertlərin diqqətindədir. Aparılan təhlillər nəticəsində bizim uğurların əsas səbəbi kimi ölkəmizin konseptual olaraq - proqramlarla idarə olunması müəyyən edilib. Yəni dünyanın aparıcı ekspertləri son illərdə uğurlarımızın əsas amili kimi ölkəmizin dövlət başçısının təsdiq etdiyi çoxsaylı proqramlarla idarə olunmasında görürlər. İndiyə qədər Azərbaycanın ayrı-ayrı sahələrini əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib.” Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva yap.org.az saytına açıqlamasında bildirib. 

Kamilə Əliyeva qeyd edib ki, bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bir sözlə, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir.