YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliya parlamentinin üzvü: Azərbaycanın inkişafı digər ölkələr üçün nümunə ola bilər

Sentyabrın 27-də Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya İttifaqının nümayəndə heyəti ilə görüşüb.

Dostluq qrupunun rəhbəri Xanlar Fətiyev Azərbaycan-Avstraliya əlaqələrindən, xüsusilə parlamentlərarası əməkdaşlıqdan söz açıb. Bildirib ki, Avstraliya parlamentindəki dostluq qrupunun 22 üzvünün olması Azərbaycanın və Avstraliyanın qanunverici orqanları arasındakı əlaqələrin çox yüksək səviyyədə olduğunu göstərir.

X.Fətiyev Azərbaycan və Avstraliya parlamentləri arasındakı əlaqələrin dərinləşdirilməsinin önəmindən danışıb, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın tarixi, ölkəmizdəki sosial-iqtisadi inkişaf prosesləri barədə qonaqlara məlumat verib.

Avstraliya Parlamentinin senatoru, Liberal Partiyanın üzvü Bək Kristofer Con Azərbaycan-Avstraliya əlaqələrin daha da genişlənməsinin önəmini qeyd edib.

Parlamentin Nümayəndələr Palatasının üzvü Kelli Kreiq Robert iki ölkə arasındakı münasibətlərin inkişafı üçün çox güclü potensialın olduğunu deyib. O, Azərbaycanın qısa zamanda inkişaf etdiyini, bunun digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.