Xəbərlər
Məzahir Pənahov: MSK-ya səsvermə ilə bağlı şikayət daxil olmayıb

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673 029 nəfəri səs verib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov referendumun nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
M.Pənahov qeyd edib ki, seçkilər çox yüksək şəkildə keçirilib: "MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb".