YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın “TV Tokyo” televiziya kanalı Azərbaycanla bağlı veriliş hazırlayacaqdır

Yaponiyanın “TV Tokyo” televiziya kanalının məşhur “Zipangu” biznes proqramı verilişlərindən birinin Azərbaycana, xüsusilə də ölkəmizin iqtisadi inkişafına həsr etməyi qərara almışdır. Bununla əlaqədar, televiziya kanalının əməkdaşları bu il avqust ayının əvvəllərində Azərbaycana səfər etməyi planlaşdırırlar. Veriliş Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı və güclü iqtisadi potensialından bəhs edəcəkdir. Həmçinin Azərbaycanda qaçqın və məcburi köçkün problemi, dövlətin onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söhbət açılacaqdır.

Yeddi milyon tamaşaçısı olan “Zipangu” “TV Tokyo”nun ən məşhur biznes proqramlarından biridir. Verilişin baş müxbiri xarici ölkələrə səfərlər edir, xaricdə fəaliyyət göstərən yapon şirkətləri, həmçinin humanitar və inkişaf yardımları göstərən qurumlar barədə materiallar hazırlayır.

Yaponiyanın ən məşhur jurnalistlərindən biri Akira İkeqami Bakıda və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə olacaqdır. Verilişin çəkilməsində məqsəd Yaponiya ictimaiyyətini Azərbaycan haqqında, bu ölkədə mövcud olan qaçqın və məcburi köçkün problemi barədə məlumatlandırmaqdır.