YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natali Qule: Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi

Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi. Hər dəfə Azərbaycana gələndə məcburi köçkünlərə baş çəkirəm.

Bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən Fransa Senatının üzvü Natali Qule jurnalistlərə açıqlamasında deyib.

Natali Qule deyib: “Azərbaycanda görülən işlər məni çox sevindirir. Hər dəfə Bakıya gələndə yeniliklərin şahidi oluram. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bilirəm ki, ölkənizin uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri çoxdur”.