YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayon seçiciləri referendumda mütəşəkkilliklə iştirak edəcəklər

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib.

Tədbirdə çıxış edən referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir.

Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Məhz, edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor İradə Hüseynova qeyd edib ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

İradə Hüseynova Nizami rayon sakinlərini referendumda aktiv olmağa və Referendum Aktı layihəsinin leyihə səs verməyə çağırıb.

Seçicilər adından çıxış edən Tahirə Məmmədova və başqaları bildiriblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və Konstitusiyaya təklif olunan dəyişikliklərə “HƏ” deyirlər.