YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Pakayin: İran Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyir

İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz dövlət sərhədlərinin dəyişdirilməsinə qarşıyıq.

Bu fikirləri İranın Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri Möhsün Pakayin sentyabrın 19-da Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

Tehranda keçirilən yarışda erməni idmançının geyimində qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nın əks olunmasına münasibət bildirən səfir bu addımın məqsədinin Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərmək və yüksək səviyyəli əlaqələrimizi korlamaq olduğunu qeyd edib. “Biz dərhal buna reaksiya verdik. Bəyanatla çıxış edərək İranın idmandan siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı olduğunu bildirdik. Təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi və bundan sonra erməni idmançılar idman tədbirlərinə xüsusi nəzarət altında buraxılacaqlar. Biz qondarma “Dağlı Qarabağ respublikası”nı tanımırıq, Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyirik”, - deyə səfir xüsusi vurğulayıb.

Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 22-də Azərbaycanı tərk edəcəyini deyən diplomat ölkəmizdən xoş xatirələrlə ayrıldığını vurğulayıb. O, səfir olduğu müddətdə İranla Azərbaycan arasında 50 sənəd imzalandığını, ikitərəfli münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.

Diplomat ölkəsinə qayıtdıqdan sonra Azərbaycan haqqında xatirələrinə dair kitab yazmaq niyyətində olduğunu vurğulayıb.