YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 96 faizi Prezident İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini bildirib

Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.

Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üz-üzə müsahibə aparılıb.

Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.

Tədqiqat müddətində rəyi soruşulanların 82 faizi Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib. Respondentlərin 93 faizi hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.

Sorğuda iştirak edənlərin 96 faizi Prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərib.

Respublikamızda bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini (77 faiz) və iqtisadi durumla bağlı çətinliyi (41 faiz) qeyd ediblər.

Rəyi öyrənilən respondentlərin 81 faiz sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəyini göstərib. Yalnız bütün respondentlərin 5 faizi hələ də səsvermə prosesinə qatılmaq barədə yekun qərar vermədiyini bildirib.

Bütün respondentlərin 87 faizi Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88 faizi bu təsirin müsbət olacağı qənaətindədir. Xüsusən də rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.

 

DİGƏR Xəbərlər Arxiv