YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının qərargahında “Yeni Azərbaycan” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib.

Tədbiri  giriş sözü ilə açan “Yeni Azərbaycan”” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsinin sədri Cavanşir Yusubov bildirib ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Onun sözlərinə görə, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Hazırda ölkəmizdə siyasi plüralizm, söz və fikir azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam təmin olunub.

Onun fikrincə, bu inkişaf bir sıra yenilikləri, o cümlədən konstitusiyamıza da dəyişiklikləri zəruri edir: «Bütövlükdə, Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən bütün seçiciləri sentyabrın 26-da fəal olmağa və konstitusiya dəyişikliklərinə səs verməyə çağırıram. İnanırıq ki, belə də olacaq».

Görüşdə həmçinin, təbliğat-təşviqat qrupunun üzvləri Əyyub Əyyubov, Nurcamal Əsgərova və Mingəçevirin gənc xanımları adından Lamiyə İbrahimova çıxış edərək Referendum Aktında nəzərdə tutulan məsələlərin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda konstitusiya islahatlarının xalqımız tərəfindən dəstəklənməsi ilə bağlı əminlik ifadə olunub.