YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirildi

Sentyabrın 7-də Beyləqan şəhərində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirdi ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə yeni inkişaf tendensiyası gətirəcəkdir. «Əminəm ki, hər zaman ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən beyləqanlılar sentyabrın 26-da da fəallıq göstərərək təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər»,
Görüşdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov Konstitusiyaya təklif olunan dəyişikliklərin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirdi: «23 dəyişikliyin 16-sı, yəni, dörddə üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün müsbət mahiyyətini dəqiq ifadə edir.»
Səlahiyyətli nümayəndə vurğuladı ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dörd qrupa  ayırmaq olar: birincisi, insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi; ikincisi  siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi; üçüncüsü; dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi; dördüncüsü, insan hüquq və azadlıqlarının təkmilləşdirilməsi. Bütün bunlar dövlət idarəçiliyinə çeviklik gətirməklə bərabər, cənab Prezidentin daim mübarizə apardığı bürokratiyanı aradan qaldıracaq, vətəndaşın hüquq və azadlıqlarını daha da genişləndirəcəkdir. Eyni zamanda, Konstitusiyaya dəyişikliklərinin müəyyən hissəsi iqtisadi azadlıqları, sahibkarlığın inkişafında yeni mərhələnin formalaşmasını təsbit edəcəkdir.

Səlahiyyətli nümayəndə inamla bildirdi ki, beyləqanlılar bu dəyişikliklərə yekdilliklə səs verəcəklər. Ona görə ki, demokratiyanın inkişafı, insanların rifah halının daha da yüksəlməsi məhz bu dəyişikliklərdən keçir.

Tədbirdə iştirak edən seçicilərdən Bəhruz Fətəliyev, Aynur İbrahimova və başqaları Konstitusiya dəyişiklikləri ilə ətraflı tanış olduqlarını bildirdilər. Onlar dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədilər.