YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt şəhərində "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyasına möhtəşəm start verildi

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Sumqayıt şəhər şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. Bu barədə məlumat verən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev bildirib ki, Sumqayıt şəhərinin inzibati ərazisini əhatə edən bütün seçki məntəqələrində ayrılmış xüsusi lövhələrə "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat materialları və plakatlar yapışdırılıb. A.İmaməliyev vurğulayıb ki, Sumqayıt şəhərinin inzibati ərazisi üzrə dörd seçki dairəsi fəaliyyət göstərir. A.İmaməliyev deyib ki, 41 saylı Sumqayıt 1-ci Seçki Dairəsi üzrə 33,  42 saylı Sumqayıt 2-ci Seçki Dairəsi üzrə 38, 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi üzrə 34, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi üzrə 29 seçki məntəqəsi mövcuddur.