Xəbərlər
Prezident İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.
Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.