YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatında YAP GB-nin “Mən cəmiyyət arasında” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirilib

YAP Səbail rayon təşkilatında “Mən cəmiyyət arasında” adlı layihənin növbəti təlimi reallaşıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşıb.

İştirakçılar təlim zamanı müzakirələr aparmaqla yanaşı, ötən təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər, problemlər barədə öz fikir və təəssüratlarını bölüşüblər. İki saatdan artıq davam edən təlimdə verilmiş praktiki tapşırıqların yoxlanılması zamanı ən çox rast gəlinən problemlərin ictimai nəqliyyatda, həmçinin bəzi piyadaların, eləcə də sürücülərin qeyri-etik davranışı, ictimai yerlərdə daha çox gənclər tərəfindən yol verilmiş qanun pozuntularından ibarət olduğu bildirilib.