YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqında həm hakimiyyətdə, həm də müxalifətdə olan partiyalar təmsil olunur

«Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Partiyamız həm Avropa, həm də Asiya istiqamətində geniş, şaxələnmiş əlaqələr qurub. YAP həmçinin,  beynəlxalq partiya təşkilatlarında da təmsil olunur, onların tədbirlərində fəal iştirak edir. YAP-ın təşəbbüsü ilə Azərbaycanda dəfələrlə beynəlxalq konfranslar keçirilib ki, bu konfraslarda istər Avropadan, istərsə də Asiyadan çoxlu sayda nümayəndələr iştirak edib». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bugünlərdə Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqının və Avropa Xalqları Partiyasının nümayəndələrinin ölkəmizə səfəri bu əməkdaşlığın nümunəsidir. Onun sözlərinə görə, Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqının faktaraşdırıcı missiyasının bu səfəri də partiyamızın geniş beynəlxalq əlaqələrinin nümunəsidir.

«Qarşımıza qoyduğumuz məqsəd bu qurumlarda üzv kimi təmsil olunmaqdır. Ümid edirəm ki, həmin faktaraşdırıcı missiyanın gələcəyi qənaət də bundan ibarət olacaq»- deyən, YAP Sədrinin müavini bəzi müxalifət partiyalarının YAP-ın adıçəkilən beynəlxalq təşkilata üzv olmaq məsələsi ilə əlaqədar yanlış fikirlərinə də münasibət bildirib. «Rəqiblərimiz həqiqətin əksinə olaraq yalan informasiya yayırlar ki, guya YAP-ın üzv olmaq istədiyi  Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqına  daxil olan partiyalar müxtəlif ölkələrdə yalnız müxalifəti təmsil edən  partiyalarıdır. Bu, tamamilə yalandır. Qeyd edim ki, bu təşkilata müxtəlif ölkələri təmsil edən 70-dən çox siyasi partiya daxildir. Onların içərisində müxtəlif  yönümlü - sağçı, mərkəzçi yönümlü, hakimiyyətdə və müxalifətdə olan partiyalar da var. Biz bu quruma üzv olmaq niyyətimizi ortaya qoyarkən, orada partiyaların müxalifətdə və ya hakmiyyətdə olmasını nəzərdə tutmamışıq. Bu, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, 70-dən çox siyasi partiyanı özündə birləşdirən beynəlxalq partiya qurumudur. Bir daha onu qeyd etmək istəyirəm ki,  həmin təşkilatın üzvlərinin böyük hissəsi dünyada, o cümlədən Avropa ölkələrində hakimiyyətdə olan sağ partiyalardır. Ona görə də, rəqiblərimizin bizim istəyimizə kölgə salmaq cəhdləri indiyə qədər olduğu kimi yenə də iflasa uğrayacaq. Çünki onlar yalana istinad edir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

YAP-ın  beynəlxalq əlaqələrinin bundan sonra da genişləndiriləcəyini deyən Əli Əhmədov bildirib ki, partiyamız  artıq beynəlxalq aləmdə yaxşı tanınır və böyük hörmətə malikdir. 

DİGƏR Xəbərlər Arxiv