Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Prezidenti Almazbek Atambayevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə bu ölkənin Milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm.”