YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı nazir: Azərbaycana səfər Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulamaq üçün imkandır

Azərbaycana səfər Cənub Qaz Dəhlizinin əhəmiyyətini və Böyük Britaniyanın enerji təchizatının təhlükəsizliyinin təmin edilməsində oynayacağı mühüm rolu vurğulamaq üçün bir imkandır. Trend-in Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) Azərbaycana səfərinə dair şərhində bildirib.

M.Fellon deyib: "Avropaya enerji diversifikasiyasının möhkəmlənməsi Ukraynadakı son hadisələr kontekstində xüsusilə vacibdir. Britaniya nazirlərinin regiona son səfərləri bu vacib infrastruktur layihəsinin irəlilədilməsinə bizim verdiyimiz dəyərin göstəricisidir".

Qeyd edək ki, Maykl Fellon bu gün Azərbaycana səfərə gəlir.

Səfər zamanı nazirin Azərbaycan rəhbərliyi və ölkə rəsmiləri ilə görüşləri gözlənilir.

M.Fellonun səfəri çərçivəsində Cənub Qaz Dəhlizi layihəsi üzrə müzakirələr aparılacaq.

Britaniyalı nazirin səfəri iyulun 11-dək davam edəcək.