YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Milli mənəvi və dini dəyərlərimizin təbliğində media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür

«Dini radikalizmə, ayrı-seçkiliyə qarşı mübarizədə medianın da rolu artır». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında medianın rolu böyükdür.

«Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar»- deyə, Ə.Amaşov vurğulayıb.