YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Makedoniya Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Makedoniyada təşkil edilən Gənc Liderlər Məktəbi çərçivəsində baş tutan görüşdə 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

G.İvanov V Qlobal Bakı Forumunda, o cümlədən Mərkəzin noyabrda Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçin himayəsi ilə keçiriləcək doqquzuncu Ali Səviyyəli Toplantısında iştirak edəcəyini bildirib. Prezident G.İvanov rəhbərlik etdiyi Makedoniya Sivilizasiyalar Alyansı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin səmərəli olacağını vurğulayıb.

Qeyd edək ki, G.İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniyada və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.