YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rio-2016”: Azərbaycan medal sıralamasında 39-cu olub

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on altı günlük gərgin idman mübarizəsinə yekun vurulub.

Aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız ümumilikdə 18 medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla ümumilikdə 121 medal olan ABŞ Olimpiadanı birinci pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə 67) ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə 70) medalla üçüncü olub.

İlk onluğu Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.