YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK referendumla bağlı daha iki təşviqat qrupunu qeydə aldı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.

Bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Daha sonra məsələ səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

 

DİGƏR Xəbərlər Arxiv