YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Reallıqlar həmsədrləri hərəkətə gətirib

«Artıq beynəlxalq ictimaiyyət dərk edir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, istənilən vaxt münaqişənin müharibəyə transformasiyası mümkündür. Onun sözlərinə görə, bütün bu reallıqlar həmsədrləri hərəkətə gətirir və onlar ciddi-cəhdlə çalışırlar ki, növbəti görüşlər baş tutsun.

«Çünki irəliləyişlər əldə edilməsə, çoxsaylı görüşlərin özü də müharibənin baş verməsinin qarşısını almaq gücündə olmayacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Elə bu səbəbdən də imkan daxilində həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşü təşkil etsinlər. Yəni artıq onların bu ciddi-cəhdlərinin səbəblərini proqnozlaşdırmaq və qiymətləndirmək elə də çətin deyil»- deyə, E.Nəsirov qeyd edib.