YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Uğurlu siyasət Azərbaycanın inkişafının əsasında dayanır

«Hazırda dünya özünün ən çətin və ağır dövrünü yaşayır. Bir çox ölkələrdə qarşıdurmalar, müharibələr, terror aktları, iqtisadi-siyasi böhranlar baş verir. Bu da itkilərə, çətinliklərə, sərhədlərin pozulmasına yol açır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünya iqtsadi böhranı böyük və kiçikliyindən asılı olmayaraq hər bir dövlətə müəyyən dərəcədə təsir göstərir. Onun sözlərinə görə, ancaq reallıqların düzgün qiymətləndirilməsi, ölçülüb-biçilən iqtisadi siyasət, görülən ardıcıl tədbirlər və həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bu böhranın təsirlərini azaltmaq mümkün olub.

«Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi, proseslərin mənfi təsirlərinə bir çox ölkələr tab gətirə bilmədiyi halda sevindirici haldır ki, ölkəmizdə böhranın təsirləri ciddi çətinliklər yaratmayıb, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempini qoruyub saxlayıb. Beləliklə, uğurlu siyasət Azərbaycanın inkişafının əsasında dayanır»- deyə, deputat qeyd edib.