YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı beynəlxalq miqyasda da uğurlar qazanırlar

«Azərbaycanda uğurlu siyasətin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi gənclərlə iş  sahəsi də uğurla inkişaf edir.  Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla yanaşı beynəlxalq miqyasda da uğurlar qazanırlar. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanındadır.

«Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk. Gəncliyimiz millətinə,  dövlətinə bağlı olan böyük gücdür»- deyə, S.Orucov vurğulayıb.