YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Qaralov: Azərbaycanın sağlam, intellektual gəncliyi partiyamızın sıralarına qoşulur

«Bu gün partiyamız cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Hörmətli Sədrimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Mənim partiya vəsiqəmin nömrəsi «4»-dür. Amma bu gün partiyamızın üzvlərinin sayı 600 min nəfərdən çoxdur. Təkcə rəhbərlik etdiyim YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 24 min nəfərdir. Bir partiya veteranı kimi bu, məni çox sevindirir». Bu fikirləri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib.

Z.Qaralov bildirib ki, partiyamızın, onun yerli strukturlarının maddi-texniki bazası xeyli güclənib, kəmiyyətlə yanaşı keyfiyyət də əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, ən xoş olan odur ki, Azərbaycanın sağlam, intellektual gəncliyi partiyamızın sıralarına qoşulur və onların bütövlükdə partiyada çəkisi artmaqdadır.

«YAP üzvləri ölkəmizin inkişafı prosesində də fəal iştirak edirlər. Bununla yanaşı, partiyamızın beynəlxalq əlaqələri də genişlənməkdədir. Məhz uğurlu fəaliyyətin nəticəsidir ki, partiyamız bütün seçkilərdə inamlı qələbə qazanır. Mən inanıram ki, gələcəkdə də partiyamız inkişaf edəcək, yeni-yeni uğurlar qazanaraq xalqımızın etimadını hər zaman doğruldacaq»- deyə, Z.Qaralov vurğulayıb.