YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK-da referendumla bağlı işçi qrup yaradılıb

Mərkəzi Seçki Komissiyası (MSK) bu il sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendumda) MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin olunması barədə qərar qəbul edib.

Qərara əsasən, referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlərin düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq MSK tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə işçi qrupu yaradılmalıdır.