YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin altı ayında dəniz nəqliyyatı ilə 8 min sərnişin daşınıb

Bu ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2627,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,5 faiz azalıb. Yüklərin 45,2 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dəniz limanlarında 4080,2 min ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 92,4 faizini tranzit yüklər təşkil edib. Bu il iyul ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 38,6 min ton idxal yükləri olub.

Ötən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artaraq 8 min nəfər olub.