YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılmasına dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının tərkibinə aidiyyəti qurumların rəhbər işçiləri daxil ediliblər.

Komissiyaya hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb. Bundan başqa, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etmək və görülmüş işlər haqqında Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

Sərəncama əsasən, hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə istintaq tədbirlərini həyata keçirəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv