YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB İcraiyyə Komitəsində Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası olub

İyulun 12-də Minskdə MDB İcraiyyə Komitəsində Birlik iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) iclası keçirilib.

MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən bildirilib ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edib.

İclasda MDB Xarici İşlər Nazirləri Şurası və Dövlət Başçıları Şurasının sentyabrın 15-16-da Bişkekdə keçiriləcək iclaslarının gündəliyinin layihələri hazırlanıb. Həmçinin MDB Hökumət Başçıları Şurasının oktyabrın 28-də Minskdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə dair təkliflər nəzərdən keçirilib.

Daimi səlahiyyətli nümayəndələr qurumun Dövlətlərarası Statistika Komitəsinin işçilərinin say tərkibinin optimallaşdırılması məsələsini müzakirə edib, Birliyin Dövlət Başçıları Şurasının qurumun müasir reallıqlara uyğunlaşdırılması haqqında qərar layihəsini nəzərdən keçiriblər.