YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır

Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək.

Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu, çox ciddi sosial təşəbbüsdür və geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək.

Dövlətimizin başçısı bununla əlaqədar geniş tikinti layihələrinin gözlənildiyini, bunun çox müsbət təsiri olacağını, məşğulluğun artacağını və inşaat materialları sektorunun da canlanacağını diqqətə çatdırıb. Prezident Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin bu il başlayacağını və davam edəcəyini diqqətə çatdırıb.