YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Terrora qarşı vahid mübarizə yaranmalıdır ki,bu kimi qorxunc hadisələrin qarşısı alınsın

«Bağdadda törədilmiş terror aktı bütün müsəlman dünyasını dərindən sarsıdıb. Bu gün dinc və günahsız insanlar terrorun qurbanlarına çevriliblər». Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki,   dəhşətli hadisələr nəticəsində nə qədər uşaq atasız,anasız qalır. «Terror müsəlman dünyasını təhdid etməklə yanaşı, xristian ölkələrini təhdid edir. Artıq terrora qarşı vahid mübarizə yaranmalıdır ki,bu kimi qorxunc hadisələrin qarşısı alınsın»- deyə, deputat qeyd edib.