YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycanlı deputatın ATƏT PA-nın vitse-prezidenti seçilməsi dövlətimizin xarici siyasətinin nailiyyətidir

Azərbaycanlı deputatın üç qitənin üzvlərini özündə birləşdirən bir qurumun - ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan dövlətinin xarici siyasətinin, diplomatiyamızın nailiyyətidir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin beynəlxalq ictimaiyyət tərəfindən etirafının bariz nümunəsidir. Azərbaycanın nüfuzu artdıqca bizə olan etimad da artır. Bu, həm də Azərbaycan parlamentinin qələbəsidir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti Azay Quliyev bildirib. O deyib: “Bu gün ATƏT-in 57 ölkəsinin deputatları bu seçkilərdə səs verdi və vitse-prezident vəzifəsinə namizədlər sırasında ən çox səs toplayan mən oldum. Mən lehimizə səs verən bütün həmkarlarıma minnətdarlığımı bildirirəm”.

Bu seçimin Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayan vitse-prezident deyib: “Mən də çalışacağam ki, bütövlükdə bu qurumun gündəliyində olan məsələlərlə bağlı ATƏT PA daha qətiyyətli addımlar atsın. Bu gün ATƏT regionunda çoxlu sayda problemlər, həlli uzanan münaqişələr var. Miqrant, qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemləri var. Üç illik mandatım müddətində çalışacağam ki, bu problemlərin həllinə öz töhfəmi verim. Çalışacağam ki, Azərbaycanın da maraqlarını yüksək səviyyədə qoruyum və mənə göstərilən etimadı doğruldum”.