YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın illik sessiyasında yekun bəyannamə qəbul edilib

ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən illik sessiyasında yekun bəyannamə qəbul edilib.

Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin hərbi eskalasiyasından narahatlıq ifadə olunur. ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatı və mexanizmləri çərçivəsində həllində ATƏT sədrliyinin fəal iştirakı alqışlanır.

Sənəddə parlamentarilər Ermənistan-Azərbaycan münaqişəsi zonasında ədavətin daha da artmasının qarşısını almaq məqsədilə etimadyaradıcı tədbirlərin görülməsi və Minsk qrupu çərçivəsində hərtərəfli sülh sazişi üzrə danışıqların aparılması istiqamətində iradə nümayiş etdirmələri üçün tərəfləri həvəsləndirməyə çağırılır. Münaqişələr nəticəsində didərgin düşmüş insanların təhlükəsiz şəraitdə evlərinə qayıtmaq hüquqları təsdiqlənir.

Sənədin lehinə 122, əleyhinə 6 nəfər səs verib, 7 nəfər isə bitərəf qalıb.