YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm və müdafiə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib. Biznes forumlar vasitəsilə iki ölkənin iş adamları arasında təmasların artırılmasına ehtiyac duyulduğu bildirilib.

Səfir Xalid Usman Qayser 2016-cı ilin aprel hadisələri zamanı şücaət göstərmiş Azərbaycan şəhidlərinin ruhuna dua etdiyini, dost və qardaş ölkə olaraq Pakistanın Azərbaycanın uğurlarına sevindiyini və fəxarət hissi keçirdiyini söyləyib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar beynəlxalq hüququn prinsiplərini və BMT Nizamnaməsini rəhbər tutaraq Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib. Nazir müqəddəs Ramazan ayı münasibətilə qardaş Pakistan xalqını təbrik edərək ən xoş arzularını çatdırıb.

Səfir Xalid Usman Qayser diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir səfirə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.