YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşənbədə MDB Elektroenegetika Şurasının 49-cu iclası keçirilib

Düşənbədə MDB Elektroenergetika Şurasının 49-cu iclası keçirilib.

Şura üzvləri 2015-2016-cı illər payız-qız mövsümü üzrə MDB ölkələrinin enerji sistemlərinin işinə yekun vurub, MDB-nin 25 illik yubileyinə həsr edilən tədbirlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

Tədbirdə elektrik enerjisindən istifadə olunmasında təhlükəsizlik texnikasına əməl edilməsi, bu dövlətlərin qarşıdan gələn payız-qış mövsümünə hazırlığı məsələləri də diqqət mərkəzində olub.

İştirakçılar Şura ilə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurası arasında əməkdaşlıq, ətraf mühitin mühafizəsini və kadr hazırlığı üzrə işçi qruplarının fəaliyyətini, MDB ölkələri və Baltik dövlətlərinin enerji sistemlərinin birgə işində operativ-texnoloji əlaqələndirmə komissiyasının və MDB Analitik Əlaqələndirmə Mərkəzinin fəaliyyətini də müzakirə ediblər.

Tədbirdə Şuranın digər əlaqəli qurumlar və təşkilatlar ilə birgə fəaliyyət planı ilə bağlı da fikir mübadiləsi aparılıb.