YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Milli Ensiklopediyanın maddi-texniki bazası gücləndirilib

Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası kifayət qədər gücləndirilib, müasir standartlar səviyyəsinə çatdırılıb.

Bunu Azərbaycan Milli Ensiklopediyasının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, həm sovet, həm də müstəqillik illərində Azərbaycan Milli Ensiklopediyasının inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Milli Ensiklopediyanın 50 illik tarixinin böyük bir mərhələsi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Heydər Əliyev Milli Ensiklopediyanı Azərbaycanın milli sərvəti adlandırıb. Ensiklopediyanın xalqımız üçün müstəsna xidməti var".

O qeyd edib ki, Azərbaycan Milli Ensiklopediyası AMEA ilə qarşılıqlı şəkildə işləyir.

 

DİGƏR Xəbərlər Arxiv