YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çarli Uaytinq: Bakı trası unikaldır

Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinq Bakı trası barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Ç.Uaytinq “Formula-1” Avropa Qran-pri yarışlarının küçə avtodromunun final yoxlanışı üçün Bakıya səfər edib.

BAF rəsmisi bildirib ki, Bakı daha çox Sinqapura oxşayır. Eyni zamanda, Monako Qran-prisinə də oxşarlıq var. Lakin Monte-Karlo trası daha ləng və qısadır. Bakı marşrutu çox sürətli, maraqlı bölmələrdən və bir ləng hissədən ibarətdir. Çarli Uaytinq əlavə edib: “Komandaların öz avtomobillərini bu trasa necə uyğunlaşdıracağı mənim üçün çox maraqlıdır. Əgər Sinqapurda cəmi bir düz hissə varsa, Bakıda başqa cürdür. Bu unikal trasdır”.

 

DİGƏR Xəbərlər Arxiv