YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Abdullayev: Bu gün artıq güclü Azərbaycan istər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyət üçün bir reallıqdır

«Ermənistanın işğalçı siyasəti nəticəsində bizim 20 faiz torpaqlarımız işğal altında qalıb və bir milyondan artıq qaçıqn və məcburi köçkünlərimiz öz yurdlarından didərgin düşüb. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti və cinayət hadisəsi həyata keçirilib». Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayev bildirib ki, belə bir məqamda Azərbaycanda ordu qurucluğu ölkəmizin müdafiə imkanlarının genişlənməsinə və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

«Azərbaycanın ərazi bütövlüyü və suverenliyi gec-tez bərpa olunacaq. Bugünkü danışıqların da əsas mahiyyəti elə məhz budur. Bu gün artıq güclü Azərbaycan istər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyət üçün bir reallıqdır. Təbii ki, hər bir kəs bu reallıqla barışmalıdır»- deyə, E.Abdullayev qeyd edib.