Xəbərlər
“Şahdəniz-2” üzrə müqavilələrin yarıdan çoxu yerli şirkətlər və Azərbaycanla bağlı birgə müəssisələrlə imzalanıb

“Şahdəniz-2” layihəsi çərçivəsində 13 milyard dollar dəyərində olan tikinti müqavilələrinin yarısından çoxu yerli şirkətlər və Azərbaycandan olan tərəfdaşlara malik birgə müəssisələr ilə imzalanıb.
Bu sözləri jurnalistlərə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib.
O bildirib ki, bugünkü bazar şəraitində qiymətlərin ucuzlaşması ilə əlaqədar olaraq “Cənub Qaz Dəhlizi” layihəsi üzrə xeyli vəsaitə qənaət ediləcək.