YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində 30 min yeni iş yaradılacaq

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini Azərbaycanda açılacaq.

Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında məlumat verib. O bildirib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikintisi üzrə hazırlıq işlərinin 10 faizi artıq tamamlanıb: “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır”.

Nazir əlavə edib ki, TAP ilə Avropaya nəql ediləcək Azərbaycan təbii qazından Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da istifadə edə biləcək. Konsorsium tərəfindən bu ölkələrə interkonnektorun çəkilməsi təklif edilib. TAP Bolqarıstanın təbii qaza olan tələbatının 40 faizini təmin etməyə qadirdir.

“TANAP-la Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP Türkiyənin Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. O cümlədən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək”, - deyə nazir qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv