YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin böyük yadigarıdır

«Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin böyük yadigarıdır». Bu fikri BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki,  Xalq Cümhuriyyətinin ömrünün çox qısa olmasına baxmayaraq onun yadigarı  olan Bakı Dövlət Universiteti yaşayır və inkişaf edir. Onun sözlərinə görə, bu gün universitet böyük elm mərkəzi və təhsil ocağıdır.

«Burada 20 mindən çox tələbə təhsil alır, universitetin nəzdində elmi-tədqiqat institutları, elmi mərkəzlər fəaliyyət göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına almışdı. Həmin vaxt universitetdə beyin axını yaranmış, təhsilin infrastrukturu pozulmuşdu. Belə bir vaxtda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir çox təhlükələrdən xilas etdi. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Müstəqilliyi itirməmək üçün gənclik, xüsusən onun avanqard hissəsi olan tələbələr öndə getməli, qlobal düşüncəyə, milli təəssübkeşliyə malik olmalı, mənəvi dəyərləri qorumalıdır»- deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv