YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB İqtisadi Şurasının 70-ci iclası keçirilib

Mayın 27-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 70-ci iclası keçirilib.

Tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə aid məsələlərin geniş kompleksi, maliyyə və iqtisadiyyat sahəsinə dair aktual məsələlərin həlli ilə bağlı Birgə Fəaliyyət Planının, habelə 2020-ci ilə qədər olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətlərinin həyata keçirilməsinin gedişinin müzakirəsi daxil edilmişdi.

İclas iştirakçıları dağ-mədən və metallurgiya, maşınqayırma sahələrində əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması, kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə sazişlərin layihələrini nəzərdən keçiriblər. Həmçinin informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB dövlətlərinin əməkdaşlıq strategiyasının layihəsi, energetika sahəsində əməkdaşlıq konsepsiyasının reallaşdırılması üzrə təxirəsalınmaz tədbirlərin, habelə meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi üzrə tədbirlərin birinci mərhələsinin planları da müzakirə edilib.

İqtisadi Şuranın üzvlərinə MDB dövlətlərində işgüzar şərait, investorlara güzəştlər, azad iqtisadi zonalar, sənaye parkları və elmi-texniki parklar barədə icmal təqdim edilib.

Bundan əlavə, iclas iştirakçıları bir sıra büdcə-maliyyə məsələlərini və təşkilati məsələləri müzakirə ediblər.

İqtisadi Şuranın təsdiq etdiyi sənəd layihələri MDB Hökumət Başçıları Şurasının iyunun 7-də Bişkekdə keçiriləcək növbəti iclasına təqdim olunacaq.