YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təklifi ilə "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi qəbul olunub

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev tərəfindən təqdim olunan "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında müzakirə çıxarılıb.

Qətnamə layihəsində ATƏT regionunda mədəni mülkiyyətin qorunması ilə bağıl yeni mexnizmin yaradılması nəzərdə tutulur.

Qətnamə layihəsində eyni zamanda ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün tədbirlərin gücləndirilməsi qeyd olunur.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan isə qətnaməyə etiraz edərək onun BMT-nin mədəni mülkiyyətlə bağlı sənədlərinə əsaslandırılmasını vacib sayıb. Lakin səsveermə nəticəsiində A.Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.

Daha sonra müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.