YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi, ÇXR Prokurorluğunun idarə rəisi Ye Fenq ilə qarşılıqlı münasibətlərini müzakirə etdilər

İyunun 30-da “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi, Çin Xalq Respublikası Prokurorluğunun idarə rəisi Ye Fenq ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, IAACA-nın vitse-prezidenti Fikrət Məmmədov da iştirak etmişdir.
Ye Fenqin ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin inkişafındakı rolundan danışan baş prokuror Zakir Qaralov onun IAACA-nın baş katibi kimi rüşvətxorluğa qarşı dünya miqyasında mübarizəyə böyük töhfələr verdiyini bildirmişdir.

Azərbaycanın və Çinin hüquq mühafizə orqanları arasındakı əlaqələrin tarixindən danışan Fikrət Məmmədov 1999-cu ildə ölkələrimizin Baş prokurorluqları arasında əməkdaşlıq haqqında protokolun, eyni zamanda, Ədliyyə nazirlikləri və Ali məhkəmələri arasında müvafiq sazişlərin imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, son illərdə Azərbaycan ilə Çin arasında hüquqi sahədə əməkdaşlıq xeyli inkişaf etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv