YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Amnistiya aktı Azərbaycan dövlətinin demokratik inkişafı yolunda çox əhəmiyyətli bir hadisə olmaqla yanaşı, həm də tarixi bir qərar olacaq

«Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya elan olunması barədə təşəbbüsü çox mühüm və əlamətdar bir hadisə ilə bağlıdır. 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Respublika Günüdür. Əminliklə söyləyə bilərik ki, 88 il əvvəl əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin sükanı bu gün çox əmin əllərdədir». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən inkişaf edən, siyasi sabitliyin təmin olunduğu, demokratik dəyər və normaların tam təmin olunduğu, beynəlxalq aləmdə ciddi söz sahibinə çevrilmiş qüdrətli dövlətdir. Onun sözlərinə görə, bu dövləti hazırki uğurlara aparan yolun əsasını isə xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyulub.

Onun sözlərinə görə, bu təşəbbüsün məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülməsi də heç də təsadüfi deyil. Çünki humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarındandır.