YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli dirçəlişdən Zəfərə uzanan yol”

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Maştağa qəsəbəsi, “N.Nərimanov küçəsi 42” ünvanı üzrə ərazi partiya təşkilatının (Maştağa xəstəxanası) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Milli dirçəlişdən Zəfərə uzanan yol” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev, ərazi partiya təşkilatının sədri, Maştağa xəstəxanasının baş həkimi Namiq Nəbiyev, Sabunçu Tibb Mərkəzinin direktor müavini Rəşad Veyisov və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin ölkənin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.

Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və inkişaf kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın qazandığı nailiyyətlərin, o cümlədən tarixi Zəfərin təməlini təşkil edir.