YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Qüdrətli Azərbaycanın inkişaf strategiyasının təməli”

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Qüdrətli Azərbaycanın inkişaf strategiyasının təməli” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova və YAP Şəki rayon təşkilatının Zunud ərazi partiya təşkilatının sədri Əliheydər Abdullayev çıxış edərək bildiriblər ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı kimi tarixə düşüb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın iqtisadi, elmi, mədəni və ictimai-siyasi inkişafı üçün möhkəm zəmin yaradılıb, müstəqil Azərbaycanın gələcək inkişafını təmin edən strateji əsaslar formalaşdırılıb.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər bu siyasi kursun uğurlu nəticəsidir.