YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Niderland Azərbaycana son 3 ildə 340 milyon dollar investisiya yatırıb

Niderland Azərbaycana son 3 ildə 340 milyon dollar investisiya yatırıb.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-Niderland biznes forumunda deyib.

Onun sözlərinə Niderlandın Azərbaycana yatırdığı investisiya 900 milyon dollardan artıqdır. Bunun 340 milyon dolları son 3 ildə yatırılıb. Niderland şirkətləri dövlət sifarişlərində də iştirak edir. Azərbaycanda 10 sifarişi öhdəliyinə götürüb.

Nazir müavini bildirib ki, biznes-forum çərçivəsində 5 memorandumun imzalanması nəzərdə tutulub. Bunlar ekologiya, təhsil, səhiyyə, treninqlərlə bağlı memorandumlar olacaq.

Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın isə 40 şirkəti iştirak edir.