YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Cənub” qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə enerji əməkdaşlığına söykənir. Mənimlə Avropa Komissiyasının sədri arasında 3 il əvvəl imzalanmış memorandumda Azərbaycan “Cənub” qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından biri kimi qeyd olunur. “Cənub” qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir.

Bu sözləri ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir.

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan həmin layihə ilə bağlı maliyyə yükünün əsas hissəsini öz üzərinə götürmüşdür: “Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz dəhlizi üç əsas elementdən ibarətdir: dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağından qazın hasilatı, həmin qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə həyata keçiriləcəkdir. Tikinti işləri başa çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya gedən böyük boru kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və Trans-Adriatik boru kəmərlərindən gedir. Bu, Avropa üçün hazırda həyata keçirilən ən böyük infrastruktur layihəsidir”.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə bölgənin və Avropanın enerji xəritəsini dəyişəcək, hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına xidmət edəcəkdir.

 

 

DİGƏR Xəbərlər Arxiv